satellite   Azerspace-1: 11135 H 30000

“Napoli” klubu yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib

“Napoli” klubu yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib

İtaliyanın “Napoli” klubu futbolçusu Stanislav Lobotka ilə müqaviləni yeniləyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi kluba istinadla xəbər verir ki, slovakiyalı futbolçu ilə 2027-ci il iyunun 30-dək müqavilə imzalanıb. Müqaviləyə əməkdaşlığın daha bir il müddətinə uzadılması variantı da daxil edilib.

Yarımmüdafiəçinin “Napoli” ilə əvvəlki müqaviləsi 2025-ci ilin yayınadək idi.

Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm “Napoli”nin heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 1 qol vurub, 1 qolun ötürməsini edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM