satellite   Azerspace-1: 11135 H 30000

"Mançester Yunayted" və "Gent"in futbolçuları həftənin ən yaxşısı adına namizəd olublar

"Mançester Yunayted" və "Gent"in futbolçuları həftənin ən yaxşısı adına namizəd olublar

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu ada Niderlandın "Feyenoord" klubundan Orkun Kökçü, İngiltərə "Mançester Yunayted"indən Kasemiro, Portuqaliya "Sportinq"inin qapıçısı Antonio Adan və Belçikanın "Yunion" komandasından Lazare Amani iddia edir.

Konfrans Liqasında isə Belçika "Gent"indən Gift Emmanuel Orban, Niderlandın AZ komandasından Yesper Karlsson, Belçika "Anderlext"indən Bart Verbruggen və İngiltərənin "Vest Hem" klubundan Carrod Bouen namizəddir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM