satellite   Azerspace-1: 11135 H 30000

UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinin püşkü atılıb

UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinin püşkü atılıb

UEFA Konfrans Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə bu mərhələdə üz-üzə gələcək komandalar məlum olub. Püşkün nəticələrini təqdim edirik:

“Lex” (Polşa) – “Fiorentina” (İtaliya)

“Gent” (Belçika) – “Vest Hem” (İngiltərə)

“AZ Alkmaar” (Niderland) – “Anderlext” (Belçika)

“Bazel” (İsveçrə) – “Nitsa” (Fransa).

Qeyd edək ki, dörddəbir final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab görüşləri bundan bir həftə sonra olacaq. Yarımfinal matçları mayın 11-i və 18-də keçiriləcək.

Turnirin final görüşü isə iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da təşkil ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM