“Qarabağ” və “Qalatasaray” oyununun hakimləri müəyyənləşib

“Qarabağ” və “Qalatasaray” oyununun hakimləri müəyyənləşib

Martın 26-da Bakı Olimpiya Stadionunda Azərbaycanın “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandası arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

AFFA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, saat 20:00-da başlayacaq qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Oyunun var hakimləri Cavid Cəlilov və Müslüm Əliyev olacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM