satellite   Azerspace-1: 11135 H 30000

Millimiz “Avro-2024”ün seçmə mərhələsinə “Dalğa Arena”da hazırlaşır

Millimiz “Avro-2024”ün seçmə mərhələsinə “Dalğa Arena”da hazırlaşır

Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində Avstriya və İsveçlə oyunlara hazırlaşan Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, baş məşqçi Canni De Byazinin rəhbərlik etdiyi yığmamız “Dalğa Arena”da hazırlaşır.

Milliyə dəvət alan legioner futbolçular hələlik düşərgəyə qoşulmayıb. Hazırlıqda yalnız ölkə daxilində çıxış edən oyunçular iştirak edirlər.

Yığmamız Avstriya ilə martın 24-də, İsveç seçməsi ilə ayın 27-də səfərdə üz-üzə gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM