satellite   Azerspace-1: 11135 H 30000

Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının dünya birinciliyi üçün heyəti açıqlanıb

Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının dünya birinciliyi üçün heyəti açıqlanıb

Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının martın 25-də Albaniyanın Dürres şəhərində start götürəcək yeniyetmələr arasında dünya birinciliyi üçün heyəti açıqlanıb.

Federasiyadan Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, aprelin 1-dək davam edəcək yarışda milli komandanın 3 üzvü qüvvəsini sınayacaq.

55 kq-da Dəniz Cabbarlı, 67 kq-da Turan Əliyev və 73 kq-da Ravin Alməmmədov medal qazanmağa çalışacaq.

Qeyd edək ki, dünya birinciliyinə 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atlet qatılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM