satellite   Azerspace-1: 11135 H 30000

Avstriya – Azərbaycan oyununu polşalı hakimlər briqadası idarə edəcək

Avstriya – Azərbaycan oyununu polşalı hakimlər briqadası idarə edəcək

Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsində Avstriya ilə Azərbaycan milliləri arasında keçiriləcək oyunu idarə edəcək hakimlər açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, oyun Polşadan olan hakimlər briqadasına tapşırılıb.

Martın 24-də Linzdə baş tutacaq qarşılaşmanı Bartoş Frankovski idarə edəcək. Ona Marçin Boniek və Yakub Vinkler köməklik göstərəcəklər. Görüşdə dördüncü hakim funksiyasını Damian Kos yerinə yetirəcək.

Qeyd edək ki, “Raiffeisen Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM