satellite   Azerspace-1: 11135 H 30000

Yeddi cüdoçumuz Tbilisidə “Böyük dəbilqə” turnirində mübarizəyə başlayır

Yeddi cüdoçumuz Tbilisidə “Böyük dəbilqə” turnirində mübarizəyə başlayır

Bu gün Tbilisidə cüdo üzrə “Böyük dəbilqə” turnirinə start veriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, turnirin ilk günündə yeddi cüdoçumuz tatami üzərinə çıxacaq.

Milli komandamızın üzvlərindən Kəramət Hüseynov Dilşod Xalmatov (Ukrayna), Turan Bayramov (hər ikisi 60 kq) türkmənistanlı Aybek Omirov, Kamran Süleymanov (66 kq) Birləşmiş Ərəb Əmirliklərindən Quram Dzavaşvili ilə qarşılaşacaq.

Qadınların yarışında Leyla Əliyeva (48 kq) çinli Venna Juanq, Gültac Məmmədəliyeva Braziliya təmsilçisi Yasmim Lima, Aydan Vəliyeva Naomi Van Krevel (Niderland), Fidan Əlizadə (57 kq) isə almaniyalı Paulin Starkla üz-üzə gələcək.

Martın 26-dək davam edəcək yarışda Azərbaycan 13 cüdoçu ilə təmsil olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM