satellite   Azerspace-1: 11135 H 30000

Paris-2024: Azərbaycanın reytinqi açıqlanıb

Paris-2024: Azərbaycanın reytinqi açıqlanıb

Paris-2024 Yay Olimpiya Oyunlarının proqramına daxil olan idman növlərində keçirilən dünya çempionatlarının medal sıralaması açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, cari olimpiya tsiklində qazanılan medallar yer alıb.

Azərbaycan idmançıları bu müddətdə dünya çempionatlarında 13 medal qazanıb. Təmsilçilərimiz olimpiya çəki dərəcələrində hələlik çempionluq sevinci yaşamayıb.

Potensial olimpiyaçılarımız 2 gümüş və 11 bürünc medal əldə edib. İdmançılarımız yunan-Roma və sərbəst güləş, boks, qılıncoynatma, cüdoda fərqlənib.

Ümumilikdə indiyədək 1507 dəst medal sahibini tapıb. Bu mükafatları 91 ölkə təmsilçisi qazanıb.

Siyahıya ABŞ başçılıq edir – 60 qızıl, 51 gümüş, 50 bürünc. Çin (41, 20, 31) ikinci, Yaponiya (33, 37, 28) üçüncüdür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM