satellite   Azerspace-1: 11135 H 30000

Zlatan İbrahimoviç: "Azərbaycan millisi ilə oyun tam fərqli olacaq"

Zlatan İbrahimoviç: "Azərbaycan millisi ilə oyun tam fərqli olacaq"

"Sabahkı qarşılaşma tam fərqli olacaq".

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bunu İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç evdə Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə deyib.

İtaliya "Milan"ında çıxış edən 42 yaşlı hücumçu bu görüşdə daha yaxşı mübarizə aparacaqlarını bildirib: "Kifayət qədər qol şanslarımızın olacağını düşünürəm. Şans hesabına belə olsa, qollar vurmaq lazımdır. Necə ki, Belçika seçməsi bunu bizimlə oyunda etdi".

Qeyd edək ki, martın 27-də Solna şəhərində keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM