Azərbaycanlı idmançı ciu-citsu üzrə Gürcüstan çempionu olub

Azərbaycanlı idmançı ciu-citsu üzrə Gürcüstan çempionu olub

Gürcüstanın Kareli bölgəsində idmanın Braziliya ciu-citsusu növü üzrə ölkə çempionatı keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionatda Gürcüstanın şəhər və rayonlarından 100-dək idmançı iştirak edib.

Marneulidən olan gənc idmançı İmran Məmmədov 100 kiloqram (kq) çəki dərəcəsində birinci yeri tutub.

Bundan başqa, məşqçi və idmançı İmran Məmmədovun yetirmələri Ramazan Vəliyev 80 kiloqram çəki dərəcəsində, Vusal Abılov 55 kiloqramda 2-ci yerə, Samir İsayev isə (70 kq) 3-cü yerə sahib olublar.

İmran Məmmədov bildirib ki, azərbaycanlı idmançılar indi beynəlxalq miqyaslı yarışlara hazırlaşırlar. Beynəlxalq turnirlərdə iştirak və qalib gəlmək qarşıda duran ən başlıca məqsəddir.

Qeyd edək ki, gənc idmançılar "İnkişaf və Təhsil Mərkəzi"nin nəzdində öz fəaliyyətlərini davam etdirirlər.

Xəbər lenti
Əbədi missiya

15:29 25.06.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM