satellite   Azerspace-1: 11135 H 30000

Voleybol üzrə Azərbaycan çempionatlarında yarımfinal oyunlarının vaxtı dəqiqləşib

Voleybol üzrə Azərbaycan çempionatlarında yarımfinal oyunlarının vaxtı dəqiqləşib

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı dəqiqləşib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu mərhələdə ilk qarşılaşmalar martın 29-da və 30-da keçiriləcək.

Birinci oyun günündə qadın voleybolçuların mübarizəsində yarımfinalın ilk oyunları baş tutacaq. "Abşeron" klubu "Murov"la, "Azərreyl" isə UNEC-lə qarşılaşacaq.

Martın 30-da isə kişi voleybolçuların mübarizəsinə start veriləcək. İlk yarımfinal matçlarında "Murov"la MOİK, "Xarı bülbül"lə isə "Neftçi" üz-üzə gələcək.

Qeyd edək ki, əsas mərhələdə baş tutmuş dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla qarşılaşır. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM