satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a uduzub

"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a uduzub

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandası arasında xeyriyyə oyunu keçirilib. 

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Görüşdə hesabı qonaqlar açıblar. 4-cü dəqiqədə Bafetimbi Qomis fərqlənib. 18-ci dəqiqədə "köhlən atlar"ın heyətində Redon Cica bərabərlik qolunu vurub. Son nöqtəni isə 87-ci dəqiqədə qonaqların hücumçusu Mauro İkardi qoyub. Argentinalı forvard penaltini dəqiq yerinə yetirib.

Matçı Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM