satellite   Azerspace-1: 11135 H 30000

AVRO-2024: Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək

AVRO-2024: Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək

Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Canni De Byazinin yetirmələri İsveç yığmasının qonağı olacaqlar.

F qrupunun ilk turunda böyük hesabla məğlub olan iki komanda Solnada üz-üzə gələcək. "Frends Arena"da baş tutacaq qarşılaşmada Azərbaycan millisi Avstriyaya 1:4 hesablı məğlubiyyəti unutdurmaq niyyətindədir. Üç gün əvvəl doğma arenasında Belçikaya 3 cavabsız qolla uduzan Zlatan İbrahimoviçin komandası isə eyni məkanda ilk xallarını qazanmaq arzusundadır.

AVRO-2024, seçmə mərhələ

II tur

27 mart

F qrupu

22:45. İsveç – Azərbaycan

Baş hakim: Stefani Frappar

Solna, "Frends Arena"

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM