satellite   Azerspace-1: 11135 H 30000

İsveç - Azərbaycan oyunundakı mümkün erməni təxribatı ilə bağlı yeni detallar üzə çıxıb

İsveç - Azərbaycan oyunundakı mümkün erməni təxribatı ilə bağlı yeni detallar üzə çıxıb

İsveçdəki erməni icmasının üzvlərinin Stokholmda İsveç və Azərbaycan yığmaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununda törətmək istədikləri mümkün təxribatın yeni detalları üzə çıxıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev məlumat verib.

Diaspor rəhbərinin sözlərinə görə, ermənilər matçda açmaq üçün yeni bannerlər hazırlayıblar: "Bu informasiya ilk gündən bizə ötürülüb. Məlumatları hüquq-mühafizə orqanlarına təqdim etmişik, indiyədək onlarla əlaqə saxlayırıq. Sizə göndərdiyim foto ermənilərin hazırladığı son bannerdir. Stadionda qanunsuz aksiya keçirmək istəyirlər. Təbii ki, Konqres üzvləri olaraq buna qarşı çıxacaq, həmin plakatların açılmamasına çalışacağıq. Çünki bu cür hallar İsveç qanunlarına ziddir. Stadionda yalnız yerli ölkə və Azərbaycan bayraqları ola bilər".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM