satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan millisinin İsveçlə oyun üçün sifariş ərizəsi müəyyənləşib

Azərbaycan millisinin İsveçlə oyun üçün sifariş ərizəsi müəyyənləşib

Futbol üzrə Azərbaycan milli komandasının “Avro-2024”ün seçmə mərhələsində İsveçlə oyun üçün 23 nəfərlik sifariş ərizəsi müəyyənləşib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yığmamızın baş məşqçisi Canni De Byazi müdafiəçi Tellur Mütəllimov və yarımmüdafiəçi Ceyhun Nuriyevin (hər ikisi "Sabah") adını iştirak ərizəsinə daxil etməyib.

İsveçlə matçın sifariş ərizəsinə Emil Balayev, Yusif İmanov, Səlahət Ağayev, Azər Əliyev, Bəhlul Mustafazadə, Cəlal Hüseynov, Bəxtiyar Həsənalızadə, Höccət Haqverdi, Azər Salahlı, Toral Bayramov, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Emin Mahmudov, Riçard Almeyda, Filip Ozobiç, Elvin Camalov, Aleksey İsayev, Namik Ələsgərov, Özancan Kökçu, Ramil Şeydayev, Rüstəm Əhmədzadə, Musa Qurbanlı və Renat Dadaşovun adları daxil edilib.

Xatırladaq ki, bu gün keçiriləcək İsveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM