satellite   Azerspace-1: 11135 H 30000

FIFA reytinqi: Argentina Braziliyanı qabaqlayaraq ilk pilləyə yüksələcək

FIFA reytinqi: Argentina Braziliyanı qabaqlayaraq ilk pilləyə yüksələcək

FIFA-nın aprelin 6-da açıqlayacağı yeni reytinq cədvəlinin ilk pilləsində dəyişiklik olacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi "Football Ranking"ə istinadən xəbər verir ki, Argentina millisi Braziliyanı qabaqlayaraq, zirvəyə yüksələcək.

Buna səbəb "tanqoçular"ın beynəlxalq yoldaşlıq oyununda Panamaya 2 cavabsız qolla qalib gəlməsi, "sambaçılar"ın isə Mərakeşə 1:2 hesabı ilə uduzmasıdır.

Qələbə argentinalılara əlavə 1,52 xal qazandırıb. Xallarını 1 840-a çatdıran Lionel Skaloninin komandası ilk sıraya yüksələcək. 6,63 xal itirən braziliyalılar isə ikinci pilləyə geriləyəcəklər - 1 834 xal.

Qeyd edək ki, FIFA-nın açıqladığı son siyahıda Azərbaycan millisi 1 151 xalla 121-ci yerdə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM