satellite   Azerspace-1: 11135 H 30000

Olivye Jiru yeni rekorda imza atıb

Olivye Jiru yeni rekorda imza atıb

Futbol üzrə Fransa millisinin hücumçusu Olivye Jiru yeni rekorda imza atıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, o, buna “Avro-2024”ün seçmə mərhələsinin ikinci turunda İrlandiya ilə görüşdə (1:0) iştirak etməklə nail olub. Jiru 36 yaş 178-ci günündə meydana çıxıb. Beləliklə, o, 2000-ci ildən Fransa millisində rəsmi matçda oynayan ən yaşlı futbolçu adına yiyələnib. Jiru bu göstəricidə Lilian Tyuramı (36 yaş 164 gün) geridə qoyub.

Futbolçu qarşılaşmada start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.

Jiru Fransa millisinin heyətində 121 oyuna çıxıb və 53 qol vurub. Hücumçu Fransa millisinin tarixində ən çox qol vuran futbolçudur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM