satellite   Azerspace-1: 11135 H 30000

Lionel Messi yığmada 100 qola çatan üçüncü futbolçu olub

Lionel Messi yığmada 100 qola çatan üçüncü futbolçu olub

Argentina millisinin üzvü Lionel Messi yığmada 100 qol həddinə çatan üçüncü futbolçu kimi tarixə düşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, kapitan buna Kurasao üzərində 7:0 hesablı qələbə qazandıqları oyunda nail olub.

36 yaşlı hücumçu het-trik etməklə Argentina yığmasındakı ümumi qollarının sayını 102-yə çatdırıb. Bu baxımdan rekordçu aktivində 122 qol olan portuqaliyalı Kriştianu Ronaldudur. İranlı Əli Daei isə 109 topla ikinci sıradadır.

Ümumilikdə 57-ci het-trikinə imza atan Messi karyerası ərzində qol sayını da 803-ə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM