satellite   Azerspace-1: 11135 H 30000

Kurasao millisinin bütün futbolçuları və baş məşqçisi Messidən forma istəyib

Kurasao millisinin bütün futbolçuları və baş məşqçisi Messidən forma istəyib

Kurasao millisinin futbolçuları Argentina ilə yoldaşlıq oyunundan sonra rəqib komandanın kapitanı Lionel Messidən 23 forma istəyiblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə komandanın kapitanı Kuko Martina mətbuat konfransında açıqlama verib.

"Heyətdə 20-dən çox oyunçumuz var. Zəhmət olmasa, bizə Leonun 23 ədəd köynəyini versinlər. Yalnız bir forma alsaq, bir-birimizlə dava edəcəyik", - 34 yaşlı müdafiəçi bildirib.

Kurasao millisinin baş məşqçisi Remko Bisentini də Fransa PSJ-sinin şərəfini qoruayan 36 yaşlı ulduz futbolçunun formasından imtina etməyəcəyini söyləyib.

Messi 7:0 hesabı ilə qalib gəldikləri matçdan sonra köynəyini rəqib komandanın qapıçısı Eloy Rumaya bağışlayıb. Qolkiper isə təcrübəli forvardın formasını paylaşaraq "Arzular gerçəkləşir" yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM