satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan boksçusu beynəlxalq turnirin finalına yüksəlib

 Azərbaycan boksçusu beynəlxalq turnirin finalına yüksəlib

Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Boks Mərkəzində keçirilən yarışın ikinci günündə yeddi çəki dərəcəsində 19 döyüş təşkil olunub.

Bu qarşılaşmalardan 18-i dörddəbir final mərhələsi çərçivəsində baş tutub. Görüşlərin yekununa əsasən yarımfinala vəsiqə əldə boksçular bəlli olub. Yarışda 48 kiloqram çəki dərəcəsində isə finalçının adına aydınlıq gəlib.

Azərbaycan boksçularından 4-ü yarımfinala yüksəldiyi halda, 1-i həlledici görüşdə iştirak hüququ qazanıb.

Turnirin üçüncü günündə 19 görüş olacaq. Döyüşlər saat 15:00-da başlanacaq.

Qeyd edək ki, 11 ölkədən 100-dən çox idmançının qatıldığı yarışın final döyüşləri aprelin 1-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM