satellite   Azerspace-1: 11135 H 30000

Xorvatiya millisinin qapıçısı "Fənərbağça"ya keçir

Xorvatiya millisinin qapıçısı "Fənərbağça"ya keçir

Xorvatiya millisinin və "Dinamo" (Zaqreb) klubunun qapıçısı Dominik Livakoviç karyerasını Türkiyədə davam etdirməyə çox yaxındır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu rəsmi tviter hesabında bildirib.

Onun sözlərinə görə, İstanbul təmsilçisi 28 yaşlı qolkiperlə şəxsi razılıq əldə edib. Zaqreb klubunun da qarşı tərəfin təklifinə müsbət cavab verəcəyi gözlənilir.

Qeyd edək ki, Dominik Livakoviç 2015-ci ildən "Dinamo"da çıxış edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM