satellite   Azerspace-1: 11135 H 30000

DÇ-2022-də futbolçuların iştirakına görə ən çox gəlir əldə edən klublar bəlli olub

DÇ-2022-də futbolçuların iştirakına görə ən çox gəlir əldə edən klublar bəlli olub

2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında futbolçuların çıxışına görə klublara ödənilmiş məbləğlər barədə hesabat dərc olunub.

Naxçıvan televiziyası FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ən çox İngiltərənin "Mançester Siti" klubu gəlir əldə edib.

Ali futbol qurumu "şəhərlilər"ə 4,59 milyon ABŞ dolları ödəyib.

Növbəti sıralarda İspaniya "Barselona"sı (4,53), Almaniya çempionu "Bavariya" (4,3), Fransa PSJ-si (3,8), İngiltərədən "Mançester Yunayted"lə (3,32) "Çelsi" (3,25), İspaniyanın "Atletiko" (Madrid) klubu (3,23) və İtaliya "Yuventus"u qərarlaşıb.

Qeyd edək ki, Argentina yığması DÇ-2022-nin qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM