satellite   Azerspace-1: 11135 H 30000

Daha bir ulduz futbolçu “Əl-Nəsr”ə keçir

Daha bir ulduz futbolçu “Əl-Nəsr”ə keçir

Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, Almaniyanın “Bavariya” klubunun hücumçusu Sadio Mane “Əl-Nəsr”lə danışıqları yekunlaşdırıb. Klublar arasında da ilkin razılıq əldə olunub. Seneqallı forvardın 37 milyon avro müqabilində yaxın günlərdə yeni komandasına keçidinin rəsmiləşməsi gözlənilir.

Sadio Mane 2022/2023 mövsümündə “Bavariya”nın heyətində 38 oyunda 12 qol vurub, 6 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Kriştianu Ronaldu, Aleş Telleş, David Ospina, Marselo Brozoviç və Taliska kimi tanınmış futbolçular hazırda “Əl-Nəsr”də çıxış edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM