satellite   Azerspace-1: 11135 H 30000

Ümumdünya Yay Universiadasında daha bir cüdoçumuz medal qazanıb

Ümumdünya Yay Universiadasında daha bir cüdoçumuz medal qazanıb

Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında daha bir cüdoçumuz medal qazanıb.

Naxçıvan televiziyası xəbər verir ki, 73 kiloqram çəkidə çıxış edən Rəşid Məmmədəliyev mübarizəyə 1/8 final mərhələsindən qoşulub.

Bu mərhələdə idmançı ispaniyalı Aytor Alonsonu ipponla məğlub edib. Məmmədəliyev 1/4 finalda italyan Eduardo Melladan üstün olmağı bacarıb. Finala gedən yolda isə cüdoçumuz Monqolustandan olan Uranbayar Odgerelə qalib gəlib. Həlledici qarşılaşmada yapon Tatsuki İşiharaya məğlub olan Rəşid Məmmədəliyev Universiadanı gümüş medalla başa vurub.

Qeyd edək ki, daha əvvəl 66 kiloqram çəki dərəcəsində cüdoçumuz Yaşar Nəcəfov və qadınların yarışında 48 kiloqramda Leyla Əliyeva üçüncü yeri tutublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM