Futbol üzrə qadınlararası dünya çempionatının tarixində 1000-ci qol vurulub.
Naxçıvan televiziyası yarışın rəsmi tviter hesabına istinadən xəbər verir ki, yubiley qoluna Yeni Zelandiyadakı mundialda Zambiya millisinin oyunçusu Barbara Banda imza atıb.
23 yaşlı hücumçu hazırda davam edən Kosta-Rika ilə görüşün 31-ci dəqiqəsində penaltidən fərqlənib.
Qeyd edək ki, qarşılaşmada ilk hissə başa çatıb və Afrika təmsilçisi 2:0 hesabı ilə öndədir.
