satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan” konqolu futbolçunu transfer edib

“Araz-Naxçıvan” konqolu futbolçunu transfer edib

“Araz-Naxçıvan” konqolu futbolçu Elvis Maşikeni transfer edib.

Klubdan Naxçıvan televiziyası-a verilən məlumata görə, yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanıb.

Bu gün Bakıya gələn 29 yaşlı hücumameyilli oyunçu tibbi müayinədən keçdikdən sonra kollektivə qoşulub.

Qeyd edək ki, Elvis Maşike son olaraq Malta klubu “Xamrun Spartan”ın formasını geyinib. O, buna qədər Çexiya və Slovakiyanın “Jilina”, “Senitsa”, “Slovan”, “Viktoriya”, “Visehrad”, “Zvolen”, “Çeçka”, “Loko Vltavin”, “Sered” və “Banik Ruzina” komandalarında çıxış edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM