satellite   Azerspace-1: 11135 H 30000

PFL əvəzedicilər liqasının loqosunu təqdim edib

PFL əvəzedicilər liqasının loqosunu təqdim edib

Futbol üzrə Azərbaycan çempionatında əvəzedicilər liqasının loqosu təqdim olunub.

Naxçıvan televiziyası Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, loqo minimalist üslubda, çağdaş dövrün tələblərinə uyğun hazırlanıb.

Futbol meydançasının mərkəz çevrəsinin konturları əsasında ərsəyə gələn loqoda ümumi fonda liqanın adının ilk hərfi – Ə canlandırılıb. Qırmızı və yaşıl rənglərin vəhdəti isə əvəzetməni assosiasiya edir.

Meydançanı tərk edən futbolçuya işarə verən rəqəm əsasən qırmızı, daxil olana isə yaşıl rəngli göstərilir. Loqonun içində topun və torun simvolunu görə bilərik.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM