satellite   Azerspace-1: 11135 H 30000

İqor Ribeyro “Araz-Naxçıvan” klubunda

İqor Ribeyro “Araz-Naxçıvan” klubunda

Azərbaycan Premyer Liqasında ilk oyununa çıxacaq “Araz-Naxçıvan” transfer çalışmalarını da davam etdirir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə klub açıqlama yayıb. Bildirilib ki, komanda daha bir legionerlə müqavilə imzalayıb. İqor Ribeiro 1 il ərzində “Araz-Naxçıvan”ın formasını geyinəcək. Braziliyalı mərkəz müdafiəçisinin sonuncu klubu Paraqvay “Takuari”si olub. 26 yaşlı futbolçu buna qədər vətənində “Qama”, “Bandeirante” və “Ceilandia” komandalarının heyətində çıxış edib.

Bununla da “Araz-Naxçıvan” yay fasiləsində transfer etdiyi əcnəbi futbolçu sayını 9-a çatdırıb. Naxçıvan təmsilçisi buna qədər Nuno Migel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Məhəmməd Kadiri, İsmail Azzaui və Elvis Maşike kimi əcnəbiləri heyətinə qatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM