satellite   Azerspace-1: 11135 H 30000

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

Naxçıvan televiziyası xəbər verir ki, “Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu “Beşiktaş”la keçirəcəyi oyunların yerinin dəyişdirilmə səbəbi müəyyənləşib.

“Ağ-qaralar”ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev jurnalistlərə açıqlamasında ilk görüşün İstanbuldan Bakıya keçirilməsinin Türkiyənin digər təmsilçisi “Fənərbağça”nın matçı ilə əlaqədar olduğunu bildirib.

Onun sözlərinə görə, avqustun 10-da “Fənərbağça” Konfrans Liqasındakı birinci oyununu İstanbulda keçirəcəyindən, UEFA “Beşiktaş”ın səfərə yollanmasını qərara alıb.

Avqustun 17-dəki cavab qarşılaşmasında isə “Neftçi” səfərdə meydana çıxacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM