satellite   Azerspace-1: 11135 H 30000

Şahmat üzrə Dünya Kubokunda bu gün III mərhələ başlayacaq

Şahmat üzrə Dünya Kubokunda bu gün III mərhələ başlayacaq

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün III mərhələ başlayacaq.

Naxçıvan televiziyası xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov ispaniyalı Hayme Santosla qarşılaşacaq.

Millinin digər üzvü Nicat Abasovun rəqibi Niderland təmsilçisi Aniş Giri olacaq. Üçqat Avropa çempionu Rauf Məmmədov FİDE adından çıxış edən vitse-dünya çempionu Yan Nepomnyaşi ilə mübarizə aparacaq.

Digər iki şahmatçının rəqibi ABŞ təmsilçiləridir. 20 yaşlılar arasında dünya çempionu Abdulla Qədimbəyli Rey Robsonla üz-üzə gələcək. Qədir Hüseynov isə Lenyer Domingeslə yarışacaq.

Mübarizəni davam etdirən Azərbaycanın yeganə xanım şahmatçısı Ülviyyə Fətəliyeva III mərhələnin ilk görüşündə ağ fiqurlarla çıxış edəcək. Avropa çempionatının bürünc mükafatçısı bu mərhələdə çinli dünya çempionu Yu Vençjunu üstələməyə çalışacaq.

Qeyd edək ki, oyunlar saat 15-00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM