satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ”- HİK matçının biletləri satışa çıxarılır

“Qarabağ”- HİK matçının biletləri satışa çıxarılır

“Qarabağ”ın HİK-lə matçının biletləri satışa çıxarılacaq.

Naxçıvan televiziyası xəbər verir ki, UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - HİK (Finlandiya) oyununun biletləri bu gün saat 14:00-dan etibarən satışa çıxarılacaq.

Avqustun 10-u saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

Bundan əlavə, VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 200 manatdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM