satellite   Azerspace-1: 11135 H 30000

“Zaqreb Open”: yunan-Roma güləşçiləri bu gün mübarizəyə qoşulacaqlar

“Zaqreb Open”: yunan-Roma güləşçiləri bu gün mübarizəyə qoşulacaqlar

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu gün Azərbaycanın daha 6 idmançısı qüvvəsini sınayacaq.

Yarışın üçüncü günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Baş məşqçi Aleksandr Tarakanovun rəhbərlik etdiyi komandanın 3 üzvü xalça üzərinə çıxacaq. Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq) və İslam Abbasov (87 kq) çempionluq uğrunda mübarizə aparacaqlar.

Qadınların yarışında isə Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) öz çəkilərinin ən güclüsü olmağa çalışacaqlar.

Qeyd edək ki, 3 sərbəst güləşçi - Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) “Zaqreb Open”də bürünc medal qazanıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM