satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan “Paris-2024” Yay Paralimpiya Oyunlarına daha üç lisenziya qazanıb

Azərbaycan “Paris-2024” Yay Paralimpiya Oyunlarına daha üç lisenziya qazanıb

Azərbaycanın üç parataekvondoçusu “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Naxçıvan televiziyası xəbər verir ki, Federasiyadan  verilən məlumata görə, bununla bağlı Dünya Taekvondosu quruma rəsmi məktub göndərib.

Sabir Zeynalov (58 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Əbülfəz Abuzərli (80 kiloqram) reytinq cədvəlinə əsasən Paralimpiadaya vəsiqə əldə ediblər. Onların hər üçünün qarşıdakı yarışların nəticəsindən asılı olmayaq, ilk “altılıq”da yer alacağı rəsmiləşib.

Parataekvondoçular Fransa paytaxtında K-44 kateqoriyasında mübarizə aparacaqlar.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək Fransada keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM