satellite   Azerspace-1: 11135 H 30000

Asiya Kubokunun ən bahalı futbolçuları açıqlanıb

Asiya Kubokunun ən bahalı futbolçuları açıqlanıb

“Transfermarkt” portalı yanvarın 12-də start götürən Asiya Kubokunun ən bahalı futbolçularının siyahısını dərc edib.

Naxçıvan televiziyası xəbər verir ki, Almaniyanın "Bavariya" klubunda çıxış edən Cənubi Koreya yığmasının müdafiəçisi Kim Min Ce və İspaniyanın "Real Sosyedad" komandasının formasını geyinən Yaponiya millisinin oyunçusu Takefusa Kubo 60 milyon avro ilə ilk pillələrdə qərarlaşıblar.

Yaponiyalı Kaoru Mitoma və cənubi koreyalı Son Hin Min (hər ikisi 50 milyon avro) 3-4-cü yerləri bölüşdürürlər. Digər yapon futbolçu Takehiro Tomiyasu (30 milyon avro) ilk "5-liy"i tamamlayır.

Qeyd edək ki, Asiya Kuboku fevralın 10-da başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM