satellite   Azerspace-1: 11135 H 30000

“Zaqreb Open”: son gündə Azərbaycan millisinin 6 güləşçisi çıxış edəcək

“Zaqreb Open”: son gündə Azərbaycan millisinin 6 güləşçisi çıxış edəcək

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri bu gün başa çatacaq.

Naxçıvan televiziyası-ın məlumatına görə, son gündə Azərbaycanın 6 yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq.

Baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında Nihat Məmmədli (60 kq), Ülvü Qənizadə (72 kq), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kq) mübarizə aparacaqlar. Maraqlıdır ki, Kandelaki ilə Şəriəti 1/16 final mərhələsində üz-üzə gələcəklər.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb. Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin qadın güləşçi Alyona Kolesnik (59 kq) bürünc mükafata yiyələniblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM