satellite   Azerspace-1: 11135 H 30000

"Zaqreb Open" turnirində Ukraynanı təmsil edən azərbaycanlı güləşçi I yeri tutub

"Zaqreb Open" turnirində Ukraynanı təmsil edən azərbaycanlı güləşçi I yeri tutub

Xorvatiyada keçirilən "Zaqreb Open" turnirində Ukraynanı təmsil edən azərbaycanlı idmançı yunan-Roma güləşi üzrə I yeri tutub.

Naxçıvan televiziyası-ın məlumatına görə bu, 67 kq çəki dərəcəsində mübarizə aparan Nəsibov Pərviz Paşa oğludur.

O, finalda Fransa təmsilçisinə qalib gələrək qızıl medal əldə edib.

Qeyd edək ki, P.Nəsibov Ukrayna təmsilçisi kimi həm də olimpiya mükafatçısıdır. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında 2-ci yer tutub.

P.Nəsibov əslən Azərbaycanın Ağstafa rayonundandır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM