satellite   Azerspace-1: 11135 H 30000

Bu il Azərbaycanda keçiriləcək beynəlxalq turnirlərin siyahısı açıqlanıb

Bu il Azərbaycanda keçiriləcək beynəlxalq turnirlərin siyahısı açıqlanıb

Bu il Azərbaycanda keçiriləcək beynəlxalq turnirlərin siyahısı açıqlanıb.

Gənclər və İdman Nazirliyindən Naxçıvan televiziyası-a verilən məlumata görə, ölkədə 51 beynəlxalq yarışın təşkili planlaşdırılır.

İlin ilk yarışı fevralın 7-11-də reallaşacaq badminton üzrə beynəlxalq turnirdir. Bunlardan başqa oktyabrın 17-20-də avarçəkmə üzrə "Mingəçevir reqatası", martın 7-10-da idman gimnastikası üzrə Dünya kuboku, martın 29-31-də bədii gimnastika üzrə Avropa Kuboku, aprelin 4-7-də güləş üzrə Avropa Olimpiya lisenziya turniri, mayın 1-10-da "Baku Open 2024" beynəlxalq şahmat turniri, mayın 5-8-də avarçəkmə üzrə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101‐ci ildönümünə həsr olunmuş "Prezident Kuboku", sentyabrın 13-15-də isə Formula 1 Azərbaycan Qran‐Prisi keçiriləcək.

Turnirlərin tam siyahısı ilə buradan tanış ola bilərsiniz:

https://api.mys.gov.az/api/v1/Storages/d4c41d5f-7d42-4150-9a41-6ec613b55e95

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM