satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ötən sutka ərzində 5 yanğın hadisəsinə çıxış həyata keçirilib - FOTOLAR

Naxçıvanda ötən sutka ərzində 5 yanğın hadisəsinə çıxış həyata keçirilib <font color=red> - FOTOLAR</font> Naxçıvanda ötən sutka ərzində 5 yanğın hadisəsinə çıxış həyata keçirilib <font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 5 yanğın hadisəsinə çıxış həyata keçirilib.

Belə ki, Naxçıvan şəhər Qaraçuq, Şahbuz rayon Nursu kəndlərində həyətyanı sahədə, Culfa rayon Ərəfsə kəndində dağlıq ərazidə açıq sahədə quru ot, kol-kos, Babək rayon Didivar kəndində həyətyanı və biçilmiş taxıl sahəsində, Babək rayon Cəhri qəsəbəsində isə məişət tullantısı olan ərazidə yanğın hadisələri baş verib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi təmin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM