satellite   Azerspace-1: 11135 H 30000

İsti hava şəraiti davam edəcək, külək güclənəcək

İsti hava şəraiti davam edəcək, külək güclənəcək

Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturunun 31-36 dərəcə isti olacağı gözlənilir.

Bu barədə NTV-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O, həmçinin bildirib ki, bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz saatlarında dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun Aran rayonlarında 34-39, dağlıq ərazilərdə isə 25-30 dərəcə isti olacağı proqnozlaşdırılır.

Gülşad Məmmədova, eyni zamanda, diqqətə çatdırıb ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan mülayim şimal-şərq küləyi avqustun 6-da arabir güclənəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şahbuzda zəlzələ olub

12:25 04.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM