satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda avqsut ayının hava proqnozu açıqlanıb

Naxçıvanda avqsut ayının hava proqnozu açıqlanıb

Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasından bəzi yerlərdə bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal olunur.

Birinci ongünlüyün ortalarında havanın nisbətən sərinləşəcəyi, temperaturun norma daxilində olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 26-30 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 21-26 dərəcə isti, gündüzlər 33-38 dərəcə isti, bəzi günlərdə 40-43 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı gözlənilir (norma 6-10 mm).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM