satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan Türk dövlətləri Mərkəzi Banklarının Şurasının yaradılmasını təklif edib

Qazaxıstan Türk dövlətləri Mərkəzi Banklarının Şurasının yaradılmasını təklif edib

Qazaxıstan Türk dövlətləri Mərkəzi Banklarının Şurasının yaradılmasını təklif edib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

“İqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün maliyyə sektorunda əlaqələri gücləndirmək lazımdır. Türk dövlətləri Mərkəzi Banklarının Şurasının yaradılması lazımdır. Mən Türk dövlətlərinin Patent Təşkilatının yaradılmasını da təklif edirəm. Bu il Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının təsis iclası keçirilib. Əminəm ki, onun fəaliyyəti iqtisadiyyatın, maliyyə-investisiya sahəsinin inkişafına müsbət təsir göstərəcək”, - o vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM