Cari ilin yanvar-iyun aylarında ölkədə neft koksunun ixracı 16,83 faiz azalaraq 98 milyon 866 min ton təşkil edib.
Dövlət Gömrük Komitəsindən NTV-yə verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 3,06 dəfə artaraq 31 milyon 158,6 min dollar olub.
Xatırladaq ki, 2024-cü ilin eyni aylarında Azərbaycandan 118 milyon 871,7 min ton və ya 10 milyon 171,5 min dollar dəyərində neft koksu ixrac edilib.
