satellite   Azerspace-1: 11135 H 30000

SOCAR II rübdə xaricə neft ixracını cüzi artırıb

SOCAR II rübdə xaricə neft ixracını cüzi artırıb

Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 4 milyon 157 min 350 ton təşkil edib.

NTV bu barədə SOCAR-ın açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərinə istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 min 623 min ton və ya 0,06 % çoxdur.

Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkədə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.

Qeyd edək ki, 2024-cü ilin ikinci rübündə SOCAR tərəfindən 4 milyon 154 min 727 ton neft xaricə ixrac edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM