satellite   Azerspace-1: 11135 H 30000

Ölkədə milli məkan standartları qəbul edilib

Ölkədə milli məkan standartları qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 19107:2025 “Coğrafi informasiya — Məkan sxemi”, AZS ISO 19110:2025 “Coğrafi informasiya Kataloqlaşdırma xüsusiyyəti üçün metodologiya”, AZS ISO 19111:2025 “Coğrafi informasiya — Koordinatlar üzrə istinad”, AZS ISO 19115-1:2025 “Coğrafi informasiya – Metaməlumatlar – Hissə 1 – Baza məlumatları”, AZS ISO 19143:2025 “Coğrafi informasiya — Filtr kodlaşdırması” yeni dövlət standartları qəbul edilib.

AZSTAND-dan NTV-yə bildirilib ki, sözügedən dövlət standartları coğrafi məlumatların toplanması, saxlanması, mübadiləsi, idarə edilməsi, modelləşdirilməsi, vizuallaşdırılması, kodlaşdırılması və təqdim olunması, eləcə də zamanla əlaqəli dəyişikliklərin izlənilməsi prosesləri haqqında qaydaları müəyyən edir.

Yeni dövlət standartlarının tətbiqi ilə müxtəlif qurumlar arasında məlumatların vahid texniki platforma üzərindən istifadəsi, məkan məlumatlarına şəffaf və asan çıxış, habelə rəqəmsal hökumət və rəqəmsal iqtisadiyyat təşəbbüslərinin həyata keçirilməsi imkanları genişlənəcək.

Qeyd edək ki, yeni dövlət standartları “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM