satellite   Azerspace-1: 11135 H 30000

Dörd ölkə neft hasilatı planını OPEC-ə təqdim edib

Dörd ölkə neft hasilatı planını OPEC-ə təqdim edib

Dörd ölkə gündəlik xam neft hasilatı planını OPEC-ə təqdim edib.

NTV OPEC-in yaydığı məlumata istinadla xəbər verir ki, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Oman cari ilin ilk altı ayı üzrə yenilənmiş hasilat planlarını OPEC Katibliyinə göndərib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman rəsmiləri 2025-ci il noyabrın 30-da keçirilən videokonfrans formatında görüşdə neft hasilatına könüllü düzəlişlər edilməsi ilə bağlı razılığa gəliblər. Yanvarın 4-də keçirilən videokonfrans formatında görüşdə isə noyabrda qəbul edilmiş qərara sadiq qalınması və neft hasilatının sabit saxlanılması barədə razılıq əldə olunub.

OPEC+ ölkələrinin nümayəndələri bazar şərtlərini, uyğunluğu və kompensasiyanı nəzərdən keçirmək üçün aylıq görüşlər keçirəcəklər. Növbəti görüş isə fevralın 1-də baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM