Yaxın Şərqdəki son geosiyasi hadisələrlə əlaqədar etibarlı aktivlərə tələbatın artması səbəbindən bu gün səhər saatlarında qızılın birja qiyməti 2,7 % artıb.
NTV xəbər verir ki, bunu ticarət məlumatları təsdiqləyir.
Nyu-Yorkun "Comex" birjasında qızılın aprel fyuçersinin qiyməti əvvəlki bağlanışa nisbətən 142,79 ABŞ dolları və ya 2,72 % artaraq 1 troya unsiya üçün 5 390,69 ABŞ dolları təşkil edib.
Gümüşün mart fyuçersləri isə 1,76 % bahalaşaraq 1 unsiya üçün 94,933 ABŞ dolları olub.
Qeyd edək ki, qızıl etibarlı aktiv kimi çıxış edir. Odur ki, bazarlarda qeyri-müəyyənlik yarandıqda və ya dünyada geosiyasi münaqişələr gücləndikdə ona olan tələbat artır.
