satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda vergiödəyicilərinin sayı 5 faizədək artıb

Azərbaycanda vergiödəyicilərinin sayı 5 faizədək artıb

Cari il martın 1-nə respublika üzrə uçotda olan 1 milyon 690 min 311 vergiödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxs və digər təşkilatlar olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) NTV-yə bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 4,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,7 faiz, hüquqi şəxslərin sayı 6,3 faiz artıb.

Mart ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 206 min 250 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,9 faiz çoxdur.

Bu ilin fevral ayında 1163 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 91,1 faizi yerli investisiyalı, 8,9 faizi isə xarici investisiyalıdır. Kommersiya qurumlarının 88 faizi elektron qaydada qeydiyyata alınıb. Yanvar-fevral aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,4 faiz təşkil edib.

Martın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə mart ayının 1-nə aktiv kommersiya qurumlarının sayı 7,4 faiz artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM