satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda vergi ödəyicilərinin sayı 7 %-dən çox artıb

Naxçıvanda vergi ödəyicilərinin sayı 7 %-dən çox artıb

Bu il martın 1-nə Naxçıvan Muxtar Respublikasında 54 869 vergi ödəyicisi olub.

NTV  xəbər verir ki, bu, ötən il martın 1-i ilə müqayisədə 7,4 % çoxdur.

Vergi ödəyicilərinin 94,7 %-i fiziki şəxslər, 5,3 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 7,5 %, idarə, müəssisə və təşkilatların sayı isə 5 % artıb.

Bu il fevralın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 14,3 % çox – 1 815 vahid təşkil edib.

Kommersiya qurumlarının 84,1 %-i elektron qaydada qeydiyyata alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM