2026-cı ilin yanvar-fevral aylarında ölkədən neft koksunun ixracı 1,6 dəfə artaraq 45,8 min ton təşkil edib.
Dövlət Gömrük Komitəsindən NTV-yə verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 2,3 dəfə artaraq 18 milyon 675 min dollar olub.
Xatırladaq ki, 2025-ci ilin eyni dövründə Azərbaycandan 28,4 min ton və ya 8 milyon 131 min dollar dəyərində neft koksu ixrac edilib.
